Biz mehriban və peşəkar komandamızla Almaniyada təhsil sahəsində qazandığımız 7illik təcrübəmizi sizinlə UniDream olaraq bölüşməyə gəldik!UniDream təhsilini Almaniyada davam etdirmək istəyən tələbələr üçün qəbul şanslarını dəyərləndirməklə fərdi universitet və xtisas siyahısı tərtib etməklə tələbələrinə geniş seçimlər təqdim edir.

Karyera yüksəlişi düşünən hər bir gənc bilir ki, gələcəkdəki fəaliyyət istiqamətinə uyğun olaraq perspektivli universitet və ixtisas seçimi vacib və təməl addımlardandır.

  • UniDream təhsil sahəsindəki təcrübəsi və bütün komandası ilə gənclərə dəstəkdir!
  • Komanda peşəkar şəkildə ölkə, universitet, ixtisas seçimi ilə yanaşı uğurlu motivasiya məktubunun yazılması, sənədləşmə işinin qaydasında aparılması və viza dəstəyinin verilməsi ilə sizə xəyallarınıza gedən yol üçün köməkçi olacaq!
99%

7 ildə
Uğurlu nəticə

Almaniyada ödənişsiz təhsil

Almaniya beynəlxalq tələbələrə dövlət universitetlərindı ödənişsiz təhsil imkanları təklif etməklə Almaniyada təhsili dahaəlçatan edir. Almaniyanın bu siyasətdəki əsas məqsədi tələbələrə keyfiyyətli təhsil təklif etməklə ölkə üçün ixtisaslı kadrlar hazırlamaqdır. Tələbələr 300-dən çox dövlət universitetində 2000-dən çox proqramda müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil ala bilərlər.

Geniş iş imkanları

Almaniyada tələbələrin təhsil aldıqları müddətdə həftəlik 20 saat işləmək hüququ var. Almaniya Avropanın 1-ci güclü iqtisadiyyatına malik ölkəsi olduğuna görə tələbələr istər təhsil müddətində, istərsə də, təhsil müddətini bitirdikdən sonra əksər beynəlxalq şirkətlərdə işləmək fürsəti var. Almaniyada saatbaşı minimum əməkhaqqı 12 avro təşkil edir. Həmçinin təhsil müddəti bitdikdən sonra məzunlara 18 ay iş axtarmaq üçün 18 ay əlavə vaxtın verilməsi beynəlxalq tələbələrin daimi yerləşməsinə dəstək olmaqdadır.

İxtisaslaşmış komanda

UniDream olaraq biz Almaniyanın istənilən ixtisası sahəsi üzrə peşəkarlaşmış 10 nəfərlik üzvü ilə bugunədək 500-dən çox tələbənin təhsilini Almaniyada davam etdirməsinə dəstək olmuşuq və daha tələbənin arzularını gerçəkləşdirməyə davam edirik.

team1

Təsisçi

Ismail Qədimli

2016-cı ildən Almaniyada təhsil almağı hədəfləyən tələbə və məzunların təhsil xəyallarının gerçəkləşməsində Ismayıl bəyin rolu əvəzolunmazdır. Beynalxalq ICEF sertifikatlı konsultant olaraq, son 7 ildə 650-dən çox tələbəyə qəbul, viza və yerləşmə prosesində bilavasitə iştirak etmişdir. İllər ərzində topladığı bilik və təcrübələrinə əsaslanaraq 2023-cü ildə UniDream şirkətini təsis etdi və peşəkar xaricdə təhsil komandası qurdu.

team1

Direktor və Satış Rəhbəri

Mədinə Məmmədova

2021-ci ildə Xəzər Universitetinin Regionşünaslıq (Böyük Britaniya, Amerika) - ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Mədinə xanım xaricdə təhsil sahəsində 3 ildən çox təcrübəyə malikdir. Tələbələrlə fərdi konsultasiyalar keçirərək onların bu istiqamətdə düzgün seçim etməsində, qəbul şanslarının dəyərləndirilməsi və Almaniyada təhsillə bağlı bütün suallarının cavablandırılmasında bilavasitə köməklik göstərir. Hazırda şirkətimizin direktoru olaraq fəaliyyət göstərir.

team1

Expert komandasının rəhbəri

Fidan Hümbətova

2021 ci ildə Azərbaycan Dillər Universitetinin - İngilis dili müəllimliyi ixtisasını bitirmişdir. Həmin ildən iş həyatına başlamış, artıq 3 ilə yaxındır ki, xaricdə təhsil üzrə təcrübələri ilə bu sahədə ixtisaslaşmışdır, hazırda expert komandamızın rəhbəri vəzifəsində fəaliyyətini davam etdirir.Peşəkar bilik və bacarıqlara malik Fidan xanım hər bir tələbənin prossesinə fərdi yanaşaraq, universitet siyahılarının düzgün hazırlanmasına, prossesin başdan-sona səhvsiz həyata keçirilməsinə ciddi nəzarət edir.

team1

Konsultant

Fərid Budaqov

2018-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bititrmişdir. Hazırda şirkətimizdə Konsultant vəzifəsində çalışan Fərid bəy azərbaycan dili ilə yanaşı rus dilində də konsultasiyalar keçirir. Eyni zamanda "UniDream"-in Qazaxıstan filialında yeni partnyorluq əlaqələrinin qurulmasında və Qazaxıstan vətəndaşlarının Almaniyada təhsillə bağlı məlumatlandırılması və gələcəkdə təhsillərinin Almaniyada davam etdirilməsi prossesində fəal iştirak edir.

team1

Kommunikator

Nərmin Kazımlı

2022-ci ildə Dövlət İdarəçilik Akademiyasının dövlət və ictimai münasibətlər ixtisasından məzun olmuş Nərmin xanım, hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin insan resurslarının idarə edilməsi ixtisası üzrə MBA təhsili alır. Artıq 1 ilə yaxındır ki, şirkətimizdə kommunikator vəzifəsində çalışan Nərmin xanım, tələbələrə vaxtında və düzgün informasiyanın çatdırılmasını təmin edir, universitetlərə müraciət zamanı tələb olunan sənədlərin düzgün hazırlanmasında onlara köməklik göstərir.

team1

Aysu Əzimzadə

2023-cü ildə Bakı Dövlət Universitetinin dövlət və ictimai münasibətlər ixtisasını bitirmişdir. 2021-ci ildən bizim komandanın üzvüdür. Hal-hazırda isə Litvanın top universitetlərdən biri olan Kaunas Texnologiya Universitetində İctimai Əlaqələr və Təhlükəsizlik üzrə master təhsili alır, eyni zamanda bizimlə əməkdaşlığını davam etdirir. Artıq 3 ilə yaxındır ki şirkətimizdə ekspert vəzifəsində çalışan Aysu xanım, tələbələrin göstəricilərinə uyğun düzgün universitet, studienkolleg, dil kursu siyahılarının hazırlanması, göstəricilərə uyğun təqaüd proqramlarının müəyyənləşdirilməsi, müraciətlərin vaxtında və düzgün formada edilməsi, viza proseslərinin həyata keçirilməsi, Almaniyaya getdikdən sonra edilməli olan növbəti addımları ingilis dili ilə yanaşı alman dili bacarığı ilə həyata keçirir.

Tələbələrimiz

UniDream olaraq biz Almaniyanın istənilən ixtisası sahəsi üzrə peşəkarlaşmış 10 nəfərlik üzvü ilə bugunədək 500-dən çox tələbənin təhsilini Almaniyada davam etdirməsinə dəstək olmuşuq və daha tələbənin arzularını gerçəkləşdirməyə davam edirik.

team1flag

Paderborn Universiteti

Bayram Rəhimli

Mən Unidream komandası ilə xaricdə təhsil xəyallarımı həyata keçirtdim. Təhsil barədə verdiyim doğru qərarladan biri idi. Unidream kamandası universitətlərə vaxtında müraciət edilməsinə görə dəqiq və çevikdirlər.

team1flag

Leuphana Universiteti Lünerburg

Fərid Yusifzadə

Uni Dream komandası sayəsində hədəfim olan universitetə ( Leuphana University of Lüneburg ) və əlavə olaraq 3 digər universitetə qəbul aldım. Xəyallarıma Uni Dreamlə nail oldum, prosses zamanı komanda tərəfindən hər şey qaydasında və peşəkarcasına həll olundu.

team1flag

Martin-Luther-Universität Halle-Wittenberg

Duyğu Həsənzadə

Hal-hazırda Halle şəhərində təhsilimi davam etdirirəm və buraya gəlməyimdə Unidream komandasının böyük köməyi olub. Bütün sənədlərimin yığılmasında, viza müraciətində və Halle şəhərində qalmağa yer tapmağıma dəstək göstərmişdilər. Bütün əziyyətləri və yardımları üçün UniDream komandasına təşəkkürümü bildirirəm.

team1flag

HWR Berlin

Kamran Hüseynov

Təhsilimi Almaniyada ən əsası da paytaxt Berlində davam etdirmək ən böyük arzularımdan idi. Bu yolda mənə kömək olduqları üçün İsmayıl bəy və Uni dream komandasının bütün üzvlərinə təşəkkürlərimi bildirirəm. You are the best🏅

team1flag

Texniki Universitet Hamburg

Nigar Əlyarlı

Xaricdə təhsilimi asanlaşdırmaqda göstərdiyiniz əvəzsiz dəstəyə görə ürəkdən təşəkkürümü bildirirəm. Sizin rəhbərliyiniz və köməyiniz bu təhsil səyahətinin mümkün olmasında mühüm rol oynamışdır. Mən sizə verdiyiniz imkanlara görə həqiqətən minnətdaram.

team1flag

Texniki Universitet Münxen

Səbinə İbrahimova

Mən sizin işinizdən 100% razıyam, hər sualıma ən qısa zamanda cavab vermisiniz həmişə, bütün proses boyunca komandınızdan pozitiv enerji aldım. Komanda üzvləri çox operativ və gülərüz idi. Aysu xanımın peşakarlığını isə ayrı vurğulamaq istəyirəm.

team1flag

Katholische Universität Eichstätt-Ingolstadt (KU)

Zharas Anet

Большое спасибо UniDream за невероятную помощь в подаче документов в немецкие вузы! Опыт работы с ними оказался выдающимся, и я хочу выразить особую благодарность Исмаилу за его участие и профессионализм. Благодаря его внимательному подходу и оперативным действиям, мой процесс поступления прошел гладко и успешно. Я чувствовал поддержку на каждом этапе и благодаря ему и команде UniDream я теперь студент немецкого вуза. Высококачественное обслуживание и личное внимание к деталям сделали это сотрудничество по-настоящему приятным. Огромная благодарность за их профессионализм и помощь в осуществлении моей мечты об обучении в Германии!

team1flag

Texniki Universitet Münxen

Narın Qocayeva

Hardan bilə bilərdim ki, tanış olduğum bu insanlar zamanla ailəmə çevrilib, mənim Almaniyanın ən yaxşı dövlət universitetində təhsil almağımın ən böyük səbəbkarı olacaqlar. Unidreamlə tanış olduğumdan bəri onlar mənim kiçik ailəmə çevrilib, həyatımı daha yaxşı hala gətirmək üçün əllərindən gələn hər cür dəstəyi əsirgəmədilər. Komandanın bütün proses boyunca hər problemdə asanlıqla həll yolu tapmaqları onların işlərinə necə peşəkarcasına yanaşdıqlarını xəbər verir.Səmimi qəlbdən inanıram ki, böyük sevinc və qürur hiss ilə onların günbəgün ucalmağının şahidi olacam.Unidream ilə işləmək verdiyim ən doğru qərarlardan biri idi.İsmayıl bəy başda olmaqla bütün Unidream ailəsinə işlərini bu qədər dürüst və vicdanla gördükləri üçün təşəkkürümü bildirirəm.Əziyyətiniz əvəzedilməzdir!

team1flag

Bielefeld Universiteti

Solmaz Cavadlı

Bu gün artıq Almaniyada, istədiyim şəhərdə və universitetdə təhsil alıram. Qəbul almaq üçün keçdiyimiz bu zəhmətli yol üçün başda İsmayıl müəllim olmaqla, sizə, Fidan xanıma və işlərimin görülməsində əməyi keçən komandanızın digər bütün əməkdaşlarına öz təşəkkürümü bildirmək istəyirəm. Göstərdiyiniz böyük dəstək, səbir, sonuna qədər yaxşı nəticə almaq üçün çalışmaq sayəsində daha bir tələbəniz öz arzusunu həyata keçirdi. “Uni Dream” komandası olaraq sizlərə iş həyatınızda çoxlu uğurlar, bol nailiyyətlər arzulayıram.İnanıram ki, mənim kimi hələ bir çox tələbənizə öz xəyallarını gerçəkləşdirməkdə kömək olacaqsınız!

team1flag

Technical University Munich

Amina Kozhamkulova

Хочу выразить благодарность компании за качественную помощь в подаче документов в университет. Я очень ценю их профессионализм и оперативность в решении всех вопросов. В ходе работы команда проявила глубокое понимание требований и особенностей подачи заявок. Это сделало весь процесс подачи документов максимально комфортным и понятным. Рекомендую их услуги всем, кто ищет надежного партнера в поступлении!

team1flag

Paderborn Universiteti

Xanlar Şeydayev

Salam. İlk öncə unidream komandasına öz təşəkkürümü bildirirəm. Unidream komandası öz işində məsuliyyətli və çevikdir. Hətta ilk qəbul alanlardan biriyəm deyərdim, çün ki aprel ayında unidreamla əməkdaşlığa başladım və aprel ayınınn sonları qəbulum gəldi. Bütün proseslər qarşımıza çıxa biləcək problemlər əvvəlcədən praqnozlaşdırılaraq vaxtı vaxtında gecikmə olmadan ekspertlər və kommunikatorlar tərəfindən həll olunurdu.

Sizin axtardığınız

Almaniyada təhsildir?

Elə indicə bizimlə əlaqə saxlayın!